...

Alman İqtisadiyyatının Şərq Komitəsinin Bakıya səfəri başlayıb

Siyasət Materials 24 Noyabr 2005 13:54 (UTC +04:00)

Noyabrın 24 -də Alman İqtisadiyyatı Şərq Komitəsinin yüksək rütbəli nümayəndə heyətinin Bakıya səfəri başlanıb. Bu barədə Trend ə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nümayəndə heyətinin səfər proqramına Azərbaycan prezidenti İlham Əliyevlə, iqtisadi inkişaf naziri Heydər Babayevlə və Azərbaycan hökumətinin digər nümayəndələri ilə görüşlər daxildir.

Şərq Komitəsi alman sahibkarlarının Şərqi Avropa və MDB ölkələri ilə iqtisadi əlaqələri dəstəklərinin birliyidir. Nümayəndə heyətinə Şərq Komitəsinin sədri və DaimlerChrysler SC-nin İdarə Heyətinin keçmiş üzvü Klaus Monqold rəhbərlik edir. Buraya həm də tanınmış alman şirkətlərinin menecerləri də daxildir.

Səfirlikdən bildirilib ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdarlarından biridir. Təkcə 2005-ci ilin birinci yarısında Almaniya Azərbaycana 145,9 miln avro məbləğində mal tədarük edib, Azərbaycandan isə Almaniyaya 130,5 miln avroluq məhsul ixrac olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə 53,6% və 21,7% artım deməkdir. 2004-cü il ərzində Almaniyadan Azərbaycana ixrac 239,4 miln avro, Azərbaycandan idxal isə 176,6 miln avro təşkil edib.

Xəbər lenti

Xəbər lenti