...

Elmar Məmmədyarov: "Gürcüstanda sabitliyin qorunması Azərbaycan üçün də olduqca vacib aspektlərdən biridir"

Siyasət Materials 24 Noyabr 2005 14:09 (UTC +04:00)

"Gürcüstanda sabitliyin qorunması Azərbaycan üçün də olduqca vacib aspektlərdən biridir". Trend in "Qafqaz-Press" agentliyinə istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanda jurnalistlərə bildirib.

"Azərbaycanın həyata keçirdiyi bir sıra layihələr Gürcüstan ərazisindən keçir. Belə layihələr arasında Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun adını çəkmək olar. Bunun üçün isə sabitlik lazımdır", - deyə o qeyd edib. Nazir Gürcüstanı Azərbaycan üçün strateji cəhətdən vacib ölkə adlandırıb.

"İlk növbədə qeyd etmək istərdim ki, Gürcüstan vətəndaşları gənc siyasətçi Mixail Saakaşvilini özlərinə prezident seçiblər. O isə ölkənin bütün sahələrində dəyişikliklərə və iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar aparır və bəzi sahələrdə artıq uğurlar əldə edib", - deyə E.Məmmədyarov vurğulayıb. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan hökumətinin siyasətini və iqtisadiyyatın inkişafı yolunda səylərini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti