...

Dövlət orqanları və hüquq müdafiəçiləri arasında siyasi məhbuslar üzrə İşçi Qrupunun fəaliyyəti dayandırılıb

Siyasət Materials 24 Noyabr 2005 14:39 (UTC +04:00)

Dövlət orqanları nümayfəndələri və hüquq müdafiəçilərindən ibarət siyasi məhbuslar üzrə İşçi Qrupunun fəaliyyəti dayandırılıb. Bu məlumatı Trend ə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə verib. O, bildirib ki, siyasi məhbus probleminin həlli üzrə yaradılmış İşçi Qrupu hazırda fəaliyyət göstərmir və bu ilin sentyabr ayına təyin olunmuş görüş indiyədək də baş tutmayıb.

Ç.Qənizadə bildirib ki, İşçi Qrupunun iclaslarının hər dəfə təxirə salınmasını və fəaliyyətinə ara verilməsini hökumət nümayəndələri parlament seçkiləri ilə əlaqələndiriblər. Hüquq müdafiəçisi qeyd edib ki, qrupun fəaliyyətinin bərpa edilməsi qarşı tərəfdən, yəni İşçi Qrupunda təmsil olunan dövlət orqanları nümayəndələrindən asılıdır: "Seçki prosesi tamamilə başa çatdıqdan sonra hüquq müdafiəçilərinə müraciət etsələr, biz əsaslı müzakirələrə başlamaq təklif olunsa, biz buna hazırıq. Amma əgər hakimiyyətin yalnız özünə lazım olduğu vaxtda tələm-tələsik yığışıb müzakirələr aparsalar, biz bu iclaslara qatılıb-qatılmamaq barədə fikirləşəcəyik"-deyə hüquq müdafiəçisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti