...

Parlament seçkilərinin yekun protokolları Konstitusiya Məhkəməsinə təqdim olunub

Siyasət Materials 24 Noyabr 2005 16:21 (UTC +04:00)

6 noyabr parlament seçkilərinin nəticələri artıq Konstitusiya Məhkəməsinə təqdim olunub. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Natiq Məmmədov məlumat verib.

Qeyd edək ki, MSK-nın 23 noyabrda keçirilən iclasında parlament seçkilərinin yekun nəticələrinin yoxlanılması və təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə göndərilməsinə dair qərar çıxırılmışdı. Məhkəməyə təqdim edilmiş seçkinin yekunlarına dair protokollara digər sənədlər də əlavə olunub.

Həmin sənədlər toplusuna dairə seçki komissiyalarının və Mərkəzi Seçki Komissiyasının protokolları, aktlar və onlara əlavə edilmiş rəylər, həmçinin, səsvermə günü MSK-ya daxil olmuş şikayətlər və onlarla bağlı çıxarılan qərarlar, o cümlədən digər sənədlər daxildir.

Natiq Məmmədov bildirib ki, Konstitusiya Məhkəməsi 10 gün ərzində seçkinin nəticələrini araşdırmalı və MSK üzvlərinin iştirakı ilə iclas keçirməlidir. Həmin iclasda MSK üzvləri çıxış edərək öz rəylərini verəcək, Konstitusiya Məhkəməsi isə seçkinin nəticələri ilə bağlı yekun qərarını elan edəcək.

Xəbər lenti

Xəbər lenti