...

Heydər Babayev: Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin yeni əsasnaməsi hazırlanır

Siyasət Materials 24 Noyabr 2005 17:03 (UTC +04:00)
Heydər Babayev: Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin yeni əsasnaməsi hazırlanır

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin yeni əsasnaməsi hazırlanır. Yerli ANS teleşirkətinə istinadən Trend in yaydığı məlumata görə, bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev bəyan edib.

Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyində struktur islahatlar gələcəkdə də davam etdiriləcək. Nazirlik hətta indi də onun strukturuna daxil olmayan məsələlərlə məşğul olur. "Bütün bunları nəzərə alaraq, yeni əsasnamənin hazırlanması üzrə işlər aparılır və onun yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir", - deyə o bildirib.

H.Babayev qeyd edib ki, Nazirliyin regional şöbələri yalnız regionların inkişafı problemlərinin həlli ilə məşğul olmalıdırlar. Heydər Babayev həmçinin, Nazirliyin rayon və şəhər şöbələrinin Özəlləşdirmə və Dövlət Əmlakının idarə olunması üzrə Dövlət Komitəsinə veriləcəyini də bildirib.

"Regional şöbələlrin əsas etibarilə özəlləşdirmə və əmlakın idarə olunması ilə məşğul olması üçün Dövlət Komitəsinə veriləcəklər. Artıq komissiya yaradılıb və bu istiqamətdə işlər aparılır ", - deyə o bildirib.

Nazirliyin müxtəlif idarələrində aparılan yoxlamalar nəticəsində bir sıra pozuntu halları aşkar olunub və onların nəticələri yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq. H.Babayev hesab edir ki, yeni Nizamnamənin qəbul edilməsi və islahatların aparılması Nazirliyin işini gücləndirəcək.

Xəbər lenti

Xəbər lenti