...

ASDP MSK qarşısında planlaşdırdığı aksiyasını təxirə salıb

Siyasət Materials 24 Noyabr 2005 17:30 (UTC +04:00)

"Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) Mərkəzi Seçki Komissiyası qarşısında noyabrın 24-ə planlaşdırdığı aksiyasını təxirə salıb". Bu barədə Trend ə adıçəkilən partiyanın təşkilat katibi Tofiq Əhmədov bildirib.

T.Əhmədov onu da bildirib ki, 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd olan Atababa İsmayıloğlu rayon prokurorluğuna çağrılıb: "Həmin seçki dairəsində seçkilərin saxtalaşdırılması ilə bağlı müraciəti prokurorluqda araşdırıldığından aksiyaya ara vermişik. Həm də Konstitusiya Məhkəməsinin son qərarını gözləyirik".

Qeyd edək ki, ASDP həmsədri Araz Əlizadə 45 saylı Abşeron rayon seçki dairəsindən namizədliyini irəli sürüb. Seçkilərin nəticələrinə etiraz olaraq ASDP noyabrın 23-də MSK qarşısında icazəsiz aksiya keçirib.

Xəbər lenti

Xəbər lenti