...

Qurğuda baş vermiş yanğın EP-300 zavodunun işinə təsir etməyib

Siyasət Materials 24 Noyabr 2005 17:46 (UTC +04:00)
Qurğuda baş vermiş yanğın EP-300 zavodunun işinə təsir etməyib

Xüsusi yaradılmış komissiya noyabrın 23-də Azərkimya DŞ-nin tərkibinə daxil olan EP-300 zavodunda baş vermiş yanğın nəticəsində dəymiş ziyanın həcminin müəyyən edilməsi üzrə iş aparır. Zavodda Trend ə bildirilib ki, komissiya yanğına səbəb olan faktların aşkar edilməsi üzrə araşdırma aparır.

Dövlət strukturunda qeyd olunub ki, yanğın EP-300 zavodunun işinə təsir etməyib. "Hazırda yalnız yanğının baş verdiyi N1 qurğusunun işi dayandırılıb" -deyə dövlət strukturunda bildirilib. Zavodda hesab olunur ki, təmir işlərinə 2 həftə tələb olunur.

Zavodda xüsusi qurğular üçün yanacaq kimi istehsal olunan naft tədarükünə toxunaraq müəssisədə qeyd olunub ki, EP-300 naftın alınmasını adi rejimdə davam etdirir. "Məsələn dünən biz təxminən 778 ton həcmdə 16 sistern naft almışıq və EP-300 gələcəkdə də naft almağı planlaşdırır" -deyə zavodun nümayəndəsi bildirib.

DİN-in yanğın təhlükəsizliyi baş idarəsinin məlumatına görə, noyabrın 23-də mühərrik yanacağının axması nəticəində 100 m2 sahədə yanğın baş verib.

Xəbər lenti

Xəbər lenti