...

Azərbaycan prezidenti Almanyia sahibkarlarını qəbul edib

Siyasət Materials 24 Noyabr 2005 18:25 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də Almanyia İqtisadiyyatının Şərq Komitəsinin sədri, doktor Klaus Manqoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend məlumat yayıb.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan-Almanyia əlaqələri bütün sahələrdə, o cümlədən, iqtisadi sahədə inkişaf edir. Azərbaycan prezidenti ikitərəfli iqtisadi əməkdaşlığa xüsusi diqqət ayırıb aə 2004-cü ildə səmərəli dialoqun əsasını yaradan Berlinə səfər etdiyini xatırladıb.

Onun sözlərinə görə, Bakıya Almaniyadan bu qədər çoxsaylı nümayəndə heyətinin səfəri qarşılıqlı iqtisadi maraqların gözəl göstəricisidir. "Azərbaycanda kapital qoymaq üçün gözəl iqtisadi vəziyyət mövcuddur. Mən əminəm ki, alman şirkətləri bundan sonra da respublikamızla çox uğurla əməkdaşlıq edəcəklər" -deyə İ. Əliyev bildirib.

Öz növbəsində, Klaus Manqold bildirib ki, onun rəhbərlik etdiyi qrupun tərkibinə Almanyianın məşhur şirkətlərinin nümayəndələri daxildir və almaniyalı sahibkarlar özləri ilə çox mühüm layihələr gətiriblər. "Nümayəndə heyətinin təmsil etdiyi şirkətlərin mal dövriyyəsi 300 milyard avrodan artıqdır. Azərbaycanda uğurlu əməkdaşlığın zəmini olan iqtisadi inkişafın sürəti bizi sevindirir", deyə AŞK-nin sədri bildirib.

Qonaq qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft borusunun istismara verilməsi ""çto vvedenie v gkspluataüiö nefteprovoda Baku-Tbilisi-Djeyxan obuslovilo "Azərbaycanın Avropaya çıxışına" şərait yaradır, layihənin özü isə mədəni mübadilənin formasıdır. Bütün bunlar Avropa ilə Azərbaycan arasında gələcəkdə əlaqələrin intensiv inkişafı üçün sərfəli baza yaradır.

Noyabrın 6-da Azərbaycanda keçirilən parlament seçkilərinin yekunlarına toxunan K. Manqold səsvermənin nəticələri ilə bağlı bütün narazılıqların ən yaxın zamanda aradan qaldırılacağına əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti