...

31 gənclər təşkilatı seçkilərin demokratik keçirildiyi ilə bağlı bəyanat imzalayıb

Siyasət Materials 25 Noyabr 2005 14:22 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə noyabrın 25-də 2005-ci il 6 noyabr parlament seçkilərində iştirak etmiş gənc namizədlərin toplantısı keçirilib. Trend xəbər verir ki, toplantıda seçkiləri izləyən bir sıra gənclər təşkilatının rəhbərləri də iştirak edib.

"Yeni Azərbaycan-Yeni adlar" Gənclər Seçki blokundan millət vəkili mandatını qazanan üç gənc - Əkrəm Abdullayev, Azər Əmiraslanov və Fuad Murodov parlament seçkilərinin şəffaf və demokratik keçirildiyini bəyan edərək bu şəffaflığı təmin edən təbəqə arasında gənclərin böyük rolu olduğunu bildiriblər.

Qeyd edək ki, seçkilərin şəffaf və demokratik keçirildiyi ilə bağlı 31 gənclər təşkilatının birgə qəbul etdiyi bəyanat da tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Bu sırada YAP Gənclər Birliyi, Gənclər Təşkilatlarının Seçki Şəbəkəsi, Müstəqil Azərbaycan Gənclərinin Seçki Bloku, "Yeni Azərbaycan-Yeni Adlar" Gənclərinin Seçki bloku və digərləri var.

Xəbər lenti

Xəbər lenti