"Qarabağ Naminə Ümumdünya Azərbaycan Gənclər Konqresi növbəti qurultayında adını dəyişəcək". Bu barədə "Trtend" ə adıçəkilən konqresin rəhbəri Taleh Əliyev bildirib.
Qeyd edək ki, adıçəkilən konqres 2006-cı ilin ilk aylarında qurultay keçirməyi planlaşdırır: "Məqsədimiz yeni bir konqres formalaşdırmaqdır. Sözsüz ki, struktur dəyişikliklərinin də aparılması nəzərdə tutulub". Konqesdən bəzi qeyri-hökumət təşkilatlarının da çıxarılacağını bildirən sədr yenilərinin də daxil olacağını qeyd edib.