...

Bir qrup namizəd noyabrın 29-da Biləcəri qəsəbəsində etiraz aksiyası planlaşdırıb

Siyasət Materials 25 Noyabr 2005 14:40 (UTC +04:00)

"10 saylı Binəqədi üçüncü seçki dairəsindən olan bir qrup namizəd noyabrın 29-da Biləcəri qəsəbəsində aksiya planlaşdırıb". Bu barədə Trend ə adıçəkilən seçki dairəsindən namizəd olan Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev bildirib.

Partiya sədri qeyd edib ki, namizədlər Biləcəri qəsəbəsində yerləşən sözügedən seçki dairəsi qarşısında toplaşacaqlar: "Məqsədimiz seçkilərin saxtalaşdırılmasına etiraz olacaq. Bununla bağlı Bakı meriyasına müraciət ünvanlamışıq. Ancaq hələlik məktubumuza cavab yoxdur".

Onu da bildirək ki, namizədlər sırasına Paşa Həsənli, Xalidə Əhmədova, Ədalət Məmmədov, Niftalı Yusubov, Həmid Manafov və Sevinc Qurbanova daxildir.

Xəbər lenti

Xəbər lenti