...

Vahid Azərbaycan Milli Birlik Partiyası yeni qurum formalaşdıracaq

Siyasət Materials 25 Noyabr 2005 15:05 (UTC +04:00)

Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) yeni qurum formalaşdıracaq. Bu barədə Trend ə VAMBP-nin sədri Hacıbaba Əzimov bildirib.

Qeyd edək ki, adıçəkilən partiya Demokratik Azərbaycan Blokunda təmsil olunurdu. Blok fəaliyyətinə xitam verdikdən sonra qurumda təmsil olunan partiyalardan fərqli olaraq VAMBP gələcək fəaliyyətini yeni siyasi təşkilatda davam etdirmək fikrindədir.

Partiya sədri onu da bildirib ki, yeni bir siyasi qüvvə formalaşdırmaqla bağlı ona çoxlu sayda müraciət edilib: "Bu sırada siyasi partiya və qeyri-hökumət təşkilatlarının rəhbərləri də var. Seçkilərdən sonra belə bir qüvvənin təşkili məsələlərinə baxacağıq".

Xəbər lenti

Xəbər lenti