...

"Azərbaycan Milli Demokrat Partiyasının" Siyasi Şurası İsgəndər Həmidovun mənzilində toplaşır

Siyasət Materials 25 Noyabr 2005 16:48 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) Siyasi Şurası partiyanın sədri İsgəndər Həmidovun mənzilində toplaşır". Bu barədə Trend ə adıçəkilən partiya sədrinin birinci müavini Oqtay Xəlilli bildirib.

Qeyd edək ki, adıçəkilən partiya bir neçə ay bundan öncə Rəsul Rza 96 ünvanda yerləşən qərargahından çıxarılandan bu vaxtadək özünə qərargah tapmayıb. O.Xəlillinin sözlərinə görə, heç kim AMDP-yə icarəyə qərargah vermək istəmir.

Partiya rəsmisi onu da qeyd edib ki, həftədə iki dəfə Siyasi Şuranın toplantısını keçirirlər: "Çox vaxt İsgəndər bəyin mənzilinə toplaşırıq, hərdən dostlarımızın obyektlərində də iclaslarımızı keçiririk. Qərargahla təmin olunmaqla bağlı müvafiq dövlət orqanlarına müraciət etmişik. Amma hələ cavab yoxdur".

Xəbər lenti

Xəbər lenti