...

AMİP-in baş katibi dekabrın 15-də məlum olacaq

Siyasət Materials 25 Noyabr 2005 17:58 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibinin kim olacağı dekabrın 15-dək məlum olacaq. Bu barədə Trend ə adıçəkilən partiya sədrinin müşaviri Əflatun Quliyev bildirib.

Ə.Quliyev onu da qeyd edib ki, hər şey sədrin təqdimatından asılı olacaq: "Sədrin təqdimatını Mərkəzi Şura təsdiq etməlidir. Mərkəzi Şuranın çağrılması isə partiyanın Siyasi Şurasının səlahiyyətindədir".

Müşavir hələlik kimin baş katib postunu tutması ilə bağlı partiya sədri Əli Əliyevin onlara yekdil fikrə gəldiyi barədə heç bir açıqlama vermədiyini qeyd edib: "Partiyanın Mərkəzi Şurasında baş katib məsələsi ilə yanaşı digər məsələlər də müzakirə ediləcək".

Xəbər lenti

Xəbər lenti