...

Apellyasiya Məhkəməsi vətənə xəyanətdə təqsirləndirilən keçmiş əsgərlərin şikayətini təmin etməyib

Siyasət Materials 25 Noyabr 2005 19:27 (UTC +04:00)

Noyabrın 25-də Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində hakim Şahin Yusifovun sədrliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin keçmiş əsgərləri Xəyal Abdullayevin, Hikmət Tağıyevin və Ruslan Bəkirovun apellyaisya şikayətinə baxılıb. Bu barədə Trend də vəkil Mirismayıl Hadiyev məlumat verib.

Tərtər rayonundakı N saylı hərbi hissədə qulluq etmiş hər üç keçmiş əsgər vətənə xəyanətdə təqsirləndirilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi tərəfindən mühakimə olunub. Həmin Məhkəmənin hökmüylə Xəyal Abdullayev və Ruslan Bəkirov 12, Hikmət Tağıyevsə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmündən narazı qalan məhkumlar Apellyasiya Məhkəməsinə şikayət ediblər. Lakin məhkəmə işin bütün hallarını araşdıraraq ilkin instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Qeyd edək ki, əsgərlər könüllü şəkildə erməni hərbçilərinə tərəf keəməkdə və hərbi sirləri düşmənə ötürməkdə təqsirli biliniblər.

Xəbər lenti

Xəbər lenti