...

Parlament seçkilərinin nəticələri Avropa Şurasının Daimi Komitəsinin iclasında dinlənilib

Siyasət Materials 25 Noyabr 2005 20:05 (UTC +04:00)
Parlament seçkilərinin nəticələri Avropa Şurasının Daimi Komitəsinin iclasında dinlənilib

"Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri noyabrın 25-də Avropa Şurasının Daimi Komitəsinin Buxarestdə keçirilən iclasında dinlənilib". Bu barədə Trend ə Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidovun sözlərinə görə, Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən missiyanın rəhbəri hollandiyalı deputat Leo Platvoetin müşahidələrinə əsasən çıxış edib: "O, prezident İlham Əliyev seçkidən öncə və seçkidən sonra imzaladığı sərəncamları, seçkilər zamanı baş verən bir sıra qanunsuzluqlara görə üç rayon icra hakimiyyəti başçılarının vəzifələrindən uzaqlaşdırılması ilə bağlı atdığı addımları yüksək qyimətləndirib".

S.Seyidov L.Platvoetin konkret təkliflərlə çıxış edərək seçkilər zamanı baş verən bir sıra qanun pozuntularının olmasına baxmayaraq, seçkilərin normal keçdiyini bildirib: "Məruzəçi həmçinin müxalifə mitinqlərinin maneəsiz keçirilməsi və tərəflər arasında dialoqun vacibliyini də qeyd edib".

Qeyd edək ki, Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri əsasən AŞ PA-nın yanvar sessiyasında müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti