...

Azərbaycanda Yaponiya hökumətinin qrant proqramı çərçivəsində 2 yeni layüihəyə start verilib

Siyasət Materials 25 Noyabr 2005 20:15 (UTC +04:00)

Azərbaycanda Yaponiya hökumətinin "İnsan təhlükəsizliyi və ot kökləri" qrant proqramı çərçivəsində 2 yeni layihə həyata keçirilməyə başlayıb. Trend in məlumatına görə, noyabrın 25-də Yaponiyanın Azərbaycandakı səfirliyində bu layihələrin reallaşması üzrə imzalanma mərasimi keçirilib.

Layihələrdən biri "Astara rayonunun Artopa kəndindəki orta məktəbin bərpası layihəsi"dir və o, Azərbaycanın "Qadın dünyası" QHT tərəfindən reallaşdırılacaq. İkinci layihə isə "Yevlax şəhərinin və yaxın rayonların idman avadanlıqları ilə təchiz olunması"dır və o "Azərbaycanın könüllülər Cəmiyyəti" tərəfindən reallaşdırılacaq. Hər iki layihənin maliyyələşdirilməsi üçün Yaponiya hökuməti $180 228 vəsait ayırıb. Sənədləri Yaponiya tərəfdən səfir T.Abe,Azəobaycan tərəfdən isə QHT-nın rəhbərləri olan Kifayət Niftəliyeva və Ceyhun Osmanov imzalayıb.

Xəbər lenti

Xəbər lenti