...

MDB hökumət başçıları Şurasının iclasında Azərbaycan bütün iqtisadi sazişləri imzalayıb

Siyasət Materials 26 Noyabr 2005 11:56 (UTC +04:00)

Azərbaycan MDB hökumət başçıları Şurasının Moskvada keçirilən iclasına baxılmaq üçün təqdim edilmiş 30 sənəddən yalnız baza əsası olmayan sənədləri imzalamayıb. Trend bildirir ki, Moskvada iclasdan sonra keçirilən mətbuat konfransında AR baş nazirinin birinci müavini Abbas Abbasov bu barədə bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan bütün iqtisadi məsələlər üzrə sənədləri imzalayıb.

Öz növbəsində Rusiyanın baş naziri Mixail Fradkov əmindir ki, MDB ölkələri təşkilatın özünə münasibətdə bütün bədbin bəyanatlara baxmayaraq Birliyin strukturunu daha səmərəli edə biləcək. "Biz Birliyin strukturunu daha səmərəli edəcəyik" -deyə o bəyan edib.

"Birliyin taleyi barədə sual belə bəyanatlar kimi tez-tez verilir" -deyə o, İTAR-TASS-ın sualını cavablandırıb. Eyni zamanda Rusiyanın baş naziri belə bir faktı etiraf edib ki, MDB strukturun nikbinlik prosesindən keçməlidir. "Biz bunun üzərində işləri davam etdiririk" -deyə Fradkov bildirib.

Qırğızıstanın baş naziri Feliks Kulovun sözlərinə görə, MDB qarşısında həqiqətən də bu gün yalnız bir tapşırıq dayanır və bu, "Birlik çərçivəsində böyük inteqrasiyaya" yönəlib. O, əmin olduğunu bildirib ki, bunun üçün, xüsusilə MDB çərçivəsində məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinə səy edilməlidir.

Xəbər lenti

Xəbər lenti