...

MSK Çeçenistanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcək

Siyasət Materials 26 Noyabr 2005 12:00 (UTC +04:00)

Noyabrın 27-də Çeçenistanda keçiriləcək parlament seçkilərində Azərbaycanın Mərkəzi Seçki Komissiyası müşahidəçi qismində iştirak etməyəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

MSK-nın beynəlxalq əlaqələr şöbəsindən bildirilib ki, Çeçenistanda keçiriləcək seçkinin müşahidəsini aparmaq üçün quruma müraciət edilməyib. MSK-nın nümayəndə heyəti yalnız dekabrın 4-də Qazaxıstanda keçiriləcək prezident seçkiləri müşahidə edəcək.

Xəbər lenti

Xəbər lenti