...

Səudiyyə Ərəbistanının gənclərdən ibarət missiyası Azərbaycana gələcək

Siyasət Materials 26 Noyabr 2005 13:12 (UTC +04:00)

Səudiyyə Ərəbistanının (SƏ) gənclərindən ibarət nümayəndə heyəti 2006-cı ildə Azərbaycana gəlmək niyyətindədir. Bu barədə Trend ə SƏ-nin Azərbaycandakı səfirliyində bildirilib.

Missiyaya yəqin ki, SƏ gənclər və idman Şurasının sədr müavini, İmam Məhəmməd ibn Səud Universitetinin rektoru əmir Nəvvaf Əl Səud başçılıq edəcək. Missiya müxtəlif gənclər qurumlarında, təşkilatlarında olacaq, öz azərbaycanlı həmkarları ilə çoxsaylı görüşlər keçirəcək.

Hazırda Azərbaycanın gənclərdən ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanındadır.Nümayəndə heyətinə AR gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev başçılıq edir.

Səfərlər iki ölkə arasında gənclər və idman sahəsində imzalanmış əməkdaşlığa dair saziş çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti