...

İranın xarici işlər nazirinin Azərbaycana ilkin səfər proqramı hazırdır

Siyasət Materials 26 Noyabr 2005 13:45 (UTC +04:00)

İranın xarici işlər naziri Manuçöhr Mottakinin Azərbaycana rəsmi səfərinin ilkin proqramı hazırdır. Bu barədə Trend ə Azərbaycanın XİN mətbuat və informasiya idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Səfər noyabrın 28-ə nəzərdə tutulub və bir günlükdür. İranın XİN rəhbərinin Bakıya səhər tezdən gələcəyi axşam isə vətənə qayıdacağı planlaşdırılıb. Səfər proqramına qonağın Fəxri xiyabana və Şəhidlər Xiyabanına, İranın Azəçrbaycandakı səfirliyinə baş çəkəcəyi, eləcə də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, səfərin sonnuda, saat 11.45 -də XİNdə hər iki nazirini brifinqinin keçiriləcəyi nəzərdə tutulub.

T.Tağızadənin sözlərinə görə, İranın xarici işlər nazirinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü də nəzərdə tutulub. Tərəflər ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə etməyi, regional və beynəlxalq problemlərlə, birgə iri regional iqtisadi layihələrlə bağlı fikir mübadiləsi aparmaq niyyətindədirlər.

Bu, M.Mottakinin İranın xarici işlər naziri vəzifəsində ilk səfəridir.

Xəbər lenti

Xəbər lenti