...

Mats Lindberq: "Azərbaycanda yeni səviyyəli və yeni keyfiyyətli hakimlər olacaq"

Siyasət Materials 26 Noyabr 2005 14:18 (UTC +04:00)
Mats Lindberq: "Azərbaycanda yeni səviyyəli və yeni keyfiyyətli hakimlər olacaq"

"Azərbaycanda yeni səviyyəli və yeni keyfiyyətli hakimlər olacaq". Trend in məlumatanı görə ki, bu sözələri hakim seçkilərdə müşahidəçi qismində iştirak edən Avropa Şurasının baş katibinin xüsusi nümayəndəsi Mats Lindberq söyləyib.

"Hakimlərin təyin edilməsi sahəsində imtahan çox mühüm mərhələ hesab edilir. Avropa Şurası Azərbaycanda hakim seçkiləri ilə bağlı imtahanın keçirilməsində çox maraqlıdır. Çünki bu imtahan savadlı, müstəqil hakimlərin məhkəmə orqanlarında çalışmasına zəmin yaradacaq", deyə M.Lindberq bildirib.

AŞ baş katibinin xüsusi nümayəndəsi onu da qeyd edib ki, Azərbaycanda hakimliyə namizədlər üçün treninqlərin təşkil olunmasını, ekspertlərin Azərbaycanda qəbul ediləcək hüquqi aktların və qanunların hazırlanmasında iştirakını AŞ-nın Azərbaycana hüquqi sahədə yardımı kimi qiymətləndirmək olar.

Xəbər lenti

Xəbər lenti