...

Tahir Tağızadə: Ermənistanan xarici işlər naziri danışıqlar prosesini mürəkkəb vəziyyətdə qoyub

Siyasət Materials 26 Noyabr 2005 15:09 (UTC +04:00)
Tahir Tağızadə: Ermənistanan xarici işlər naziri danışıqlar prosesini mürəkkəb vəziyyətdə qoyub

Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın son bəyanatı Dağlıq Qarabağ münaqişəsilə bağlı dinc danışıqlar prosesini çətin vəziyyətdə qoyub. Bu barədə Trend ə Azərbaycanın XİN-nin mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə nazirin "Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması və onun heç vaxt Azərbaycana verilməyəcəyi" barədə bəyanatı şərh edərkən bildirib.

T.Tağızadənin sözlərinə görə, Ermənistanın xarici işlər naziri çox gözəl anlayır ki, belə bəyanatlar verməklə təkcə öz ölkəsini deyil, eləcə də beynəlxalq vasitəçiləri - ATƏT-in Minsk Qrupunun həmsədrlərini pis vəziyyətdə qoyur. "Dinc danışıqlar prosesi müsbət inkişaf etməsinə baxmayaraq çox mürəkkəbdir və belə bəyanatlar bizim xeyir gətirməz", -deyə Azərbaycanın XİN idarəsinin rəisi bəyan edib.

"Və hətta belə bəyanatlar daxili tələbatlar üzündən, siyasi maraqlarla bağlı edilsə belə, hər halda belə bəyanatlar verərkən onların mümkün nəticələrini nəzərə almaq zəruridir", - deyə o qeyd edib. "Bir xalq və iki dövlət" barədə bütün danışıqlar isə daxili siyasi xarakter daşıyır" - deyə XİN-in rəsmi nümayəndəsi bəyan edib.

Xəbər lenti

Xəbər lenti