...

İran İslam Respublikasının Azərbaycana humanitar yardımı sabah ölkəyə gətiriləcək

Siyasət Materials 26 Noyabr 2005 16:39 (UTC +04:00)

İmam Xomeyni adına İmdad Komitəsinin xətti ilə 26.11.2005-ci il tarixində İran İslam Respublikasından yola düşmüş düyü, bitki yağı, makaron və yuyucu maddələrdən ibarət 130 ton humanitar yardım daşıyan 7 yük maşını sabah Azərbaycan Respublikasının ərazisinə daxil olacaq. Bu barədə Trend ə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən xəbər verilib.

Bundan əlavə, İran İslam Respublikasının İmam Xomeyni adına İmdad Komitəsinin xətti ilə un, şəkər, 100 gənc ailə üçün nəzərdə tutulan cehizlik, eləcə də 10 min şagird üçün məktəb ləvazimatından ibarət eyni həcmli humanitar yardım yaxın gələcəkdə Azərbaycan Respublikasına gətiriləcək.

Xəbər lenti

Xəbər lenti