...

Mitinq baş tutub

Siyasət Materials 26 Noyabr 2005 17:21 (UTC +04:00)
Mitinq baş tutub

Müxalifətin noyabrın 26-da Qələbə meydanında mitinqi saat 15:30-da başlayıb. Trend xəbər verir ki, mitinqi açan Müsavat partiyası başqanının muavini Arif Hacılının çıxışından sonra Azərbaycanın dövlət himni səslənib.

Çıxış edənlər - Müsavat başqanı İsa Qəmbər, Milli Birlik Hərəkatının lideri Lalə-Şövkət Hacıyeva, AXCP sədri Əli Kərimli və digərləri iqtidarı seçkiləri saxtalaşdırmaqda ittiham ediblər.

Əli Kərimlinin aksiya iştirakçılarına müraciətindən sonra bir dəqiqəlik oturaq aksiya keçirilib. Mitinqi ATƏT-in Bakı ofisinin rəhbəri, Böyük Britaniyanın Azərbaycandakı səfiri müşahidə edib.

Yasamal rayon polis idarəsinin rəis müavini Çingiz Məmmədov aksiya iştirakçılarının sayı barədə məlumat verməyib. Ancaq Arif Hacılının sözlərinə görə, onların sayı 40 minə yaxın olub.

Xəbər lenti

Xəbər lenti