...

Mərkəzi Seçki Komissiyası bir neçə seçki dairəsindən daxil olmuş şikayətləri təmin etməyib

Siyasət Materials 26 Noyabr 2005 17:48 (UTC +04:00)

Noyabrın 26-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda MSK-ya daxil olmuş şikayətlərə baxılıb, onlarla bağlı müvafiq qərarlar verilib. 33 saylı Xətai, 25 saylı Nizami ikinci, 10 saylı Binəqədi üçüncü, 15 saylı Yasamal birinci, 57 saylı Kürdəmir, 69 saylı Cəlilabad-Biləsuvar, 115 saylı Şəki, 21 saylı Nəsimi birinci, 32 saylı Suraxanı üçüncü, 106 saylı Tovuz-Qazax-Ağstafa, 105 saylı Tovuz seçki dairələrindən daxil olmuş şikayətlər əsassız hesab edilib və onların təmin olunmaması barədə qərar çıxarılıb. 22 saylı Nəsimi ikinci və 25 saylı Nizami ikinci dairələrindən şikayətlərin isə Baş Prokurorluğa göndərilməsinə qərar verilib.

Xəbər lenti

Xəbər lenti