...

Müxalifətçilər və polislər arasında qarşıdurma yaranıb

Siyasət Materials 26 Noyabr 2005 18:03 (UTC +04:00)

Müxalifətin noyabrın 26-da keçirdiyi mitinqin qurtarmasına 10 dəqiqə qalmış ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlunun aksiyanı oturaq tərzdə keçirməklə bağlı müraciətini yerinə yetirən aksiya iştirakçıları polislərin təzyiqilə üzləşib. Trend xəbər verir ki, polislər meydana daxil olaraq oturaq aksiya keçirən insanları qovublar. Onların arasında qarşıdurma yaranıb. Bu zaman müxalifət liderləri meydanı tərk ediblər. Polislər meydanı aksiya iştirakçılarından təmizləyiblər.

Meydandan qovulan insanlar və polislər arasında qarşıdurma ətraf binaların arasında davam etdirilir. Hər iki tərəfdən xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.

Xəbər lenti

Xəbər lenti