...

Müxalifətin mitinqində baş vermiş qarşıdurmada 26 polis bədən xəsarəti alıb

Siyasət Materials 26 Noyabr 2005 20:48 (UTC +04:00)

"Müxalifətin noyabrın 26-da "Qələbə" meydanında keçirdiyi mitinq zamanı baş vermiş qarşıdurma zamanı 26 polis əməkdaşı və bir neçə aksiya iştirakçısı müxtəlif dərəcəli bədən xəsarəti alıb". Trend xəbər verir ki, bu barədə noyabrın 26-da Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun yaydığı bəyanatda bildirilib.

Bəyanatda o da qeyd olunub ki, mitinqdə radikal müxalifətin nümayəndələri İlqar İbrahimoğlu, Sərdar Cəlaloğlu, Əli Kərimli və başqaları zorakılığa çağıran çıxışlar edərək mitinq iştirakçılarını kütləvi şəkildə itaətsizliyə dəvət ediblər. Mitinqin saat 17:00-da başa çatmasına baxmayaraq Əli Kərimli və Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxanın çağırışı ilə mitinq iştirakçıları oturaq aksiya keçirməyi qərara alıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının müraciətlərinə baxmayaraq aksiya iştirakçıları meydanı tərk etməyib. İctimai asayişi qoruyan polislər aksiya iştirakçılarının müqavimətilə üzləşiblər.

Baş verən hadisə ilə bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti