...

İngiltərə səfirinin müşaviri cəzaçəkmə müəssisələrinə gedəcək

Siyasət Materials 28 Noyabr 2005 11:17 (UTC +04:00)

Dekabrın 1-də İngiltərənin ölkəmizdəki səfirinin siyasi işlər üzrə müşaviri Deklan Vön Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin tabeliyində olan cəzaçəkmə müəsissələrinə gedəcək. Bu barədə Trend ə İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov məlumat verib.

"İngiltərə səfirliyi üçün həbsxanalarımızdakı vəziyyət maraqlıdır. Bizim komitənin həbsxanalarda tez-tez monitorinqlər keçirdiyini bilən Deklan Vön təklif edib ki, növbəti monitorinqdə o da iştirak etsin, biz də razılaşmışıq. İlk olaraq 1 saylı Cəzaçəkmə Müəssisəsində olacaq. Sonra isə birlikdə digər cəzaçəkmə müəssisələrinə getməyi də planlaşdırmışıq", - deyə hüquq müdafiəçisi bildirib.

E.Behbudov cari il ərzində daxili işlər, hərbi və penitensiar sistemdə apardığı monitorinqlərlə bağlı illik hesabat hazırladığını da söyləyib: "Cari il ərzində hüquq mühafizə, penitensiar və hərbi sahələrdə apardığımız monitorinqlərin nəticələri ilə əlaqədar hazırladığımız hesabatı yanvar ayının ilk ongünlüyündə həm DİN-ə, həm Ədliyyə Nazirliyinə, həm də kütləvi informasiya təqdim edəcəyik. Onu da bildirim ki, 2005-ci il ərzində daxili işlər orqanlarındakı işgəncə faktları əvvəlki illərə nisbətən heç də azalmayıb".

Xəbər lenti

Xəbər lenti