...

İranın xarici işlər naziri Manuçöhr Mottakinin səfəri başlayıb

Siyasət Materials 28 Noyabr 2005 12:12 (UTC +04:00)

Noyabrın 28-də səhər İranın xarici işlər nazirir Manuçöhr Mottakinin Bakıya birgünlük səfəri başlayıb. Trend in məlumatına görə, səfər proqramı Fəxri xiyabana və Şəhidlər Xiyabanına baş çəkməklə başlanılıb.

M.Mottakini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əşar Suleymani müşaiyət edib.

Bu gün onun Azxərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir. Görüşdən sonra hər iki nazirin iştirakı ilə brifinq keçiriləcək.

Noyabrın 28-də axşam nazir Ankaraya yola düşəcək.

Xəbər lenti

Xəbər lenti