...

Silahlı Qüvvələrimizin nümayəndələri bir sıra tədbirlərdə iştirak edir

Siyasət Materials 28 Noyabr 2005 12:16 (UTC +04:00)

Silahlı Qüvvələrimizin nümayəndələri bir sıra tədbirlərdə iştirak edirlər. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 28-dən dekabrın 2-dək NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində Almaniiya Federativ Respublikasının Oberammerqau şəhərində "Çoxmillətli maddi-texniki təminat mərkəzi" kursu keçirilir.

Dekabrın 9-dək isə Qarmiş Partinkirxen şəhərində "İngilis dili üzrə test mütəxəssisləri üçün seminar" keçirilir.

Noyabrın 29-dan dekabrın 1-dək Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Kiyev şəhərində Ukrayna və Azərbaycan Silahlı Qüvvələri Tibb Xidmətləri arasında əməkdaşlığın yaradılması üzrə işçi görüşü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti