...

Azərbaycanın xarici işlər naziri Cənubi Koreyaya rəsmi səfər edəcək

Siyasət Materials 28 Noyabr 2005 14:51 (UTC +04:00)

Noyabrın 28-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Koreyaya rəsmi səfər edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın XİN başçısının müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, səfərdə məqsəd Cənubi Koreya ilə ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsindən ibarətdir. "Bu səfər əlaqələrin inkişafına təkan verəcək", - deyə nazir müavini qeyd edib.

Hazırda Azərbaycanda Cənubi Koreyanın fəxri konsulluğu fəaliyyət göstərir. 2006-cı ildə bu ölkədə Azərbaycan səfirliyinin açılması planlaşdırılır. "Bu, hər iki dövlətin böyük marağından xəbər verir", - deyə X.Xələfov vurğulayıb. Səfər zamanı nazir həmin ölkənin rəsmi şəxslərilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti