...

Lyubyanada ATƏT-in Nazirlər Şurasının 13-cü görüşünün proqramı açıqlanıb

Siyasət Materials 28 Noyabr 2005 15:52 (UTC +04:00)

Lyublyanada ATƏT-in Nazirlər Şurasının 13-cü görüşünün proqramı açıqlanıb. Qeyd edək ki, bu görüş çərçivəsində Dağılq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in həmsədrləri ilə görüşü keçiriləcək. Trend in ATƏT Katibliyinə istinadən yaydığı məlumata görə, Nazirlər Şurasının iki günlük iclası dekabrın 5-də, təşkilatın fəaliyyətdə olan sədri Dmirtri Rupelin nitqi ilə başlayacaq.

Tədbir çərçivəsində ümumilikdə 3 pldenar iclas keçiriləcək ki, onların yekunları üzrə Nazirlər Şurasının sənədləri qəbul ediləcək. Görüşdə iştirak və çıxış etmək üçün ATƏT-in Parlament Assambleyasının sədri Elsi Qastinqs dəvət edilib.

Görüşdə iştirak etmək və onun işini zənginləşdirmək üçün ATƏT-in tərəfdaşlıq üçün tərəfdaşları olan Əfqanıstanın, Monqolustanın, Koreya Respublikasının, Tailand və Yaponiyanın nümayəndələri dəvət ediliblər. Tədbirdə həmçinin, əməkdaşlıq üzrə Aralıq dənizi tərəfdaşlığı dövlətləri olan Əlcəzair, Misir, İsrail, İordaniya, Mərakeş və Tunisin, eləcə də BMT, Avropa Şurası, NATO və Cənub-Şərqi Avropada sabitlik haqda Paktın nümayəndələri də dəvət edilib.

Görüşdə GUAM, Avropol, Ərəb Dövlətləri Liqası, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Beynəlxalq Valyuta Fondu və digərlərinin iştirakı da gözlənilir.

Eyni zamanda, Azərbaycan və Ermənistanınxarici işlər idarələri rəhbərlərinin ATƏT-in Nazirlər Şurasının iclasları ilə paralel olaraq aparacaqları danışıqların detalları və dəqiq vaxtı açıqlanmır.

Xəbər lenti

Xəbər lenti