...

Xələf Xələfov: Rəsmi Bakı ilə Nikosiya arasında məsləhətləşmələr qarşılıqlı maraq doğuran məsələlərdə fikir mübadiləsi aparmaq xarakteri daşıyır

Siyasət Materials 28 Noyabr 2005 16:01 (UTC +04:00)

Azərbaycan müstəqil dövlət kimi qarşılıqlı maraq doğuran məsələlərlə bağlı digər dövlətlərlə, o cümlədən, Kipr Respublikası ilə fikir mübadiləsi aparmaq hüququna malikdir. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bu yaxınlarda Kipr Respublikasının Avropa Şurasındakı iki nümayəndəsinin Bakıy səfəri və Azərbaycanın XİN-də onlarla keçirilən görüşləri şərh edərkən bildirib.

Nazir müavini Kiprdən gələn missiyanın səfərinin rəsmi Bakıya Azərbaycanın adanın türk hissəsi ilə əməkdaşlığı ilə bağlı öz etirazını bildirməsi ilə bağlı olduğu barədə məlumatları təkzib edib. "Burada söhbət etirazdan deyil, yunan Kiprinin "qarşılıqlı maraq doğuran" bir sıra məsələləri müzakirə etməklə bağlı müraciətindən gedir və biz missiyanı qəbul etməyə razılıq verdik",-deyə diplomat bildirib. Nazir müavini danışıqların təfərrüatlarını açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti