...

Ədliyyə naziri yanında İctimai Şura yaradılacaq

Siyasət Materials 28 Noyabr 2005 16:48 (UTC +04:00)

Azərbaycan Respublikası ədliyyə naziri yanında İctimai Şura yaradılacaq. Bu barədə Trend ə hüquq müdafiəçisi Çingiz Qəniyev məlumat verib.

"Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) rəisi Aydın Qasımov vəzifədən kənarlaşdırılandan sonra MQİBİ yanında Penitensiar Sistemə İctimai Nəzarət Şurası da fəaliyyətini dayandırıb. Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində baş vermiş məlum kadr dəyişiklikləri zamanı ədliyyə naziri Fikrət Məmmədovun təşəbbüsü ilə toplantı keçirilmişdi və təklif olunmuşdu ki, İctimai Şuranın tərkibi yenidən formalaşsın. İctimai Şuranın tərkibinin müəyyən edilməsi ilə əlaqədar işçi qrupu da yaradılıb. Ancaq parlament və hakim seçkilərinin keçirilməsi İctimai Şuranın yenidən yaradılması prosesini bir qədər arxa plana çəkib", - deyə Ç.Qəniyev bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, yaxın günlərdə Penitensiar Sistemdə İctimai Nəzarət Şurasının yeni tərkibi və fəaliyyət istiqaməti ilə bağlı Ədliyyə Nazirliyində təkrar toplantı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti