...

Seçkilərin şəffaf keçirildiyi ilə bağlı bəyanatı müxalifət partiyaları da imzalayıb

Siyasət Materials 28 Noyabr 2005 17:48 (UTC +04:00)

Azərbaycanda 2005-ci il 6 noyabr parlament seçkilərinin şəffaf və demokratik keçirilməsi ilə bağlı bəyanatı 13 partiyadan olan 86 namizəd imzalayıb. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildirilib.

Ümumilikdə isə bəyanatı 800-ə yaxın namizəd imzalayıb. Müxalifətdən olan partiyalardan - Ümid Partyası 9, Milli İstiqlal Partiyası 5, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 9, Liberal Partiyası 5, Vətəndaş Həmrəyliyi Partiyası 5, Müsavat partiyası 3, Ədalət Partiyası 3, Vəhdət Partiyasından isə 2 namizəd seçkilərin şəffaf keçirildiyi ilə bağlı bəyanatı qəbul edib.

Qeyd edək ki, adıçəkilən sənədi "Yeni Siyasət" seçki blokundan olan 5 namizəd də dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti