...

Əli Əhmədov ATƏT-in səfiri ilə görüşüb

Siyasət Materials 28 Noyabr 2005 18:05 (UTC +04:00)

"Noyabrın 28-də Yeni Azərbaycan Partiyasının sədri Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi ilə görüşüb". Trend xəbər verir ki, görüşdə seçkilərin nəticələri və ölkənin ictimai-siyasi həyatında seçkidən sonra ümumi durum müzakirə olunub.

Dialoqun partiyalar arasında qarşılıqlı anlaşma və normal siyasi münasibətlərin yaradılmasında xüsusi rolunu vurğulayan Ə.Əhmədov bildirib ki, YAP bütün siyasi qüvvələr arasında dialoqun bərpa edilməsinə tərəfdardır.

Ə.Əhmədovun hadisələrə münasibətini yüksək qiymətləndirdiyini qeyd edən ATƏT rəsmisi iqtidar-müxalifət dialoqunun mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə YAP-ın mövqeyinin təqdirəlayiq olduğunu nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti