...

Şahbulaq kəndində yeni məktəb binası tikilib

Siyasət Materials 28 Noyabr 2005 18:17 (UTC +04:00)

Şahbulaq kəndində 144 nəfər şagird üçün nəzərdə tutulmuş məktəb binası tikilib. Məktəbin qırmıızı lentini kəsən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şagirdləri təbrik edərək, daha sonra çıxışında ucqar dağ kəndində köhnə məktəbin yenisi ilə əvəz olunmasının dövlətimizin bu sahədə gördüyü işlərin nəticəsi olduğunu qeyd edib. Məktəb Şərur rayon su tikinti quuraşdırma idarəsi tərəfindən tikilib. İkimərtəbəli məktəb binası "Ay qaz" sobaları ilə təmin edilib. Məktəbdə idman zalı, tibb məntəqəsi və iki dəst kompüter üçün nəzərdə tutulmuş kabinet var. Fənn kabinələri, əyani dərs vəsaitləri, yeni ədəbiyyatla zənginləşdirilmiş kitabxana istifadəyə verilib. Şərur rayon Şahbulaq kəndi Ermənistanla həmsərhəddir. Belə bir məktəbin tikintisi şagirdləri və kənd sakinlərini sevindirməyə bilməz. Şagirdlər çıxış edərək göstərdiyi qayğı üçün dövlətə razılıqlarını ifadə ediblər. Vasif Talıbov kənd sakinləri ilə ayrıca görüşərək onlara sosial qayğının göstərilməsini qarşısında duran vəzifə olduğunu bildirib və bu gündən onların sosial problemlərini həll edəcəyinə söz verib.

Xəbər lenti

Xəbər lenti