...

ATƏT-in Bakı ofisinin rəhbəri iqtidar və müxalifəti konfrontasiyanın yeni mərhələsindən uzaq olmağa çağırıb

Siyasət Materials 28 Noyabr 2005 19:17 (UTC +04:00)

ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi müxalifətin 26 noyabr aksiyası zamanı polis tərəfindən nümayişçilərə qarşı güc tətbiq edilərkən yol verilmiş amansızlıqla əlaqədar dərin narahatlığını bildirib. Trend in xəbər verdiyi kimi, bu barədə ATƏT ofisinin məlumatında bildirilir.

Onun sözlərinə görə, beynəlxalq standartlar nəinki qanunvericiliyin işlənib-hazırlanmasında, həm də onların qanuna uyğun olaraq icrasında əks olunmalıdır. İctimai asayişin qorunması prinsipləri xüsusilə nümayişçilər tərəfindən asayişin pozulmaması zamanı polis tərəfindən güc tətbiq olunmasına haqq qazandırmaq üçün istifadə oluna bilməz.

"Mən müxalifəti gələcəkdə gərginliyin artmasına şərait yaradan və siyasi həyatı radikallaşdıran hərəkətlərdən uzaq olmağa dəvət edirəm", - deyə M.Pavesi qeyd edib.

"Ümid edirəm ki, 26 noyabr hadisələri fundamental konstitusiya hüququna - toplaşmaq azadlığına məhdudiyyətlərin qoyulması üçün əsas olmayacaq, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti