...

İsgəndər Həmidov: "Azərbaycan vətəndaşlarının hər bir halda etiraz aksiyası keçirmək hüququ var"

Siyasət Materials 28 Noyabr 2005 19:51 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyası oturaq mitinqlərin tərəfdarıdır". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri İsgəndər Həmidov bildirib.

Partiya sədri onu da qeyd edib ki, Azərbaycan vətəndaşlarının hər bir halda etiraz aksiyası keçirmək hüququ var: "Oturaq aksiyalar da dinc vasitələrdən biridir. Əgər mitinqlərdə xalq bu üsulu tələb etsə, hər hansı bir qərardan asılı olmayaraq mən meydanda olanlarla birgə oturaq aksiyada iştirak edəcəm".

İ.Həmidov onu da bildirib ki, dekabrın 3-nə planlaşdırılan mitinqə qatılmayacağını fikirləşirdi. Ancaq noyabrın 26-da müxalifətin "Qələbə" meydanında keçirdiyi mitinqdə baş verən məlum hadisələrdən sonra qərarını dəyişib.

Xəbər lenti

Xəbər lenti