...

ABŞ-ın Dövlət Departamenti müxalifətin 26 noyabr aksiyasına münasibətini bildirib

Siyasət Materials 29 Noyabr 2005 11:31 (UTC +04:00)

Vaşinqton özünün azad toplaşmaq hüququndan istifadə edən dinc aksiya iştirakçılarına münasibətdə güc tətbiq edilməsinə qarşı çıxır. Trend in xəbər verdiyi kimi, belə bəyanatla ABŞ Dövlət Departamentinin nümayəndəsi Şon Makkormak "Azadlıq" müxalifət blokunun 26 noyabr aksiyası zamanı Azərbaycanın asayişi mühafizə qüvvələrinin hərəkətini şəhr edərkən çıxış edib.

"Biz dinc aksiya iştirakçılarına qarşı güc tətbiq etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını gözləyirik", - deyə o bildirib.

Azərbaycanda 6 noyabr parlament seçkiləri ilə bağlı Ağ Evin mövqeyin gəldikdə Ş.Makkormak qeyd edib ki, onun təmsil etdiyi ABŞ hökuməti ATƏT-in müşahidə missiyasının ilkin rəyini dəstəkləyir.

"Seçki prosesi başa çatan kimi biz onun nəticələrini qiymətləndirəcəyik. Seçkinin nəticələri təsdiqlənməyənə və saxtalaşdırma faktlarının araşdırılması başa çatmayana qədər biz hər hansı-bir fikir söyləyə bilmərik", - deyə departamentin nümayəndəsi əlavə edib.

Eyni zamanda, o qeyd edib ki, ABŞ Azərbaycanda vəziyyəti diqqətlə izləyir. "Ölkədə saxtalaşdırma faktlarının aradan qaldırılması məqsədilə bir sıra müsbət addımlar atılıb", - deyə Ş.Makkormak vurğulayıb.

Xəbər lenti

Xəbər lenti