...

Müdafiə naziri Moskvada işgüzar səfərdədir

Siyasət Materials 29 Noyabr 2005 12:22 (UTC +04:00)

Noyabrın 29-da Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyev Moskva şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov məlumat verib.

S.Əbiyev noyabrın 30-da MDB dövlətlərinin müdafiə nazirlərinin toplantısında iştirak edəcək. Toplantıda beynəlxalq terrorçuluğa, transmilli xüsusiyyətli terror fəaliyyətinin artırılması və ekstremizmə qarşı səylərin birləşdirilməsi məqsədilə beynəlxalq sistemin yaradılması ilə bağlı müzakirələr aparılacaq.

İclas bir gün davam edəcək və noyabrın 30-da axşam nazir Azərbaycana qayıdacaq.

Xəbər lenti

Xəbər lenti