...

Azərbaycan diplomatları beynəlxalq miqrasiya Təşkilatının iclasında iştirak edir

Siyasət Materials 29 Noyabr 2005 13:36 (UTC +04:00)

Azərbaycanın İsveçrədəki səfirliyinin nümayəndələri respublika hökuməti adından Beynəlxalq miqrasiya Təşkilatının (International Organization for Migration) bu gün, noyabrın 29-da Cenevrədə başlamış ikigünlük müzakirələrdə iştirak edir. İOM Bakı nümayəndəliyində Trend ə bildirilib ki, "Miqrasiya ilə bağlı siyasət istiqamətində" məsələsi üzrə keçirilən müzakirələrdə təşkilatın 116 üzv dövlətindən nümayəndələr iştirak edir. Müzakirələr qlobal əmək bazarının dinamik dəyişən tələblərinin formalaşdırılmasında milli və dövlətlərarası miqrasiya siyasətinin təsiri məsələləri ətrafında cərəyan edir.

Bununla bağlı olaraq təşkilatın (IOM) Baş direktoru Branson Makkinlinin bəyanatı diqqətəlayiqdir. O, miqrasiya siyasətinin dövlətlər arasında paritet əsasda bölünməsinin əhəmiyyətini vurğulayaraq onun bütün səviyyələrdə tətbiqi zərurətini qeyd edib. B. Makkinlinin sözlərinə görə, bugünkü gündə ticarət, səhiyyə, təhlükəsizlik, insan haqları kimi sahələrdə miqrantlara münasibətdə siyasətin ciddi nəzərə alınması zərurəti yaranıb.

Xəbər lenti

Xəbər lenti