...

"Azadlıq" bloku dekabrın 3-də mitinq keçirməyi planlaşdırır

Siyasət Materials 29 Noyabr 2005 13:57 (UTC +04:00)

"Bakı meriyası "Azadlıq" blokunun dekabrın 3-də "Qələbə" meydanında planlaşdırdığı mitinqin keçirilməsinə icazə verməzsə, blok icazəsiz mitinq keçirəcək". Bu barədə Trend ə "Azadlıq" blokunun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib.

ADP səlahiyyətlisi onu da qeyd edib ki, dekabrın 3-nə planlaşdırılan mitinqlə bağlı Bakı meriyasına ünvanlanan müraciətə hələlik cavab verilməyib: "Konstitusiyanın 71-ci maddəsində "icazə" sözü öz əksini tapmadığından blok aksiyalarını icazəsiz də keçirə bilər".

S.Cəlaloğlu əlavə edib ki, Bakı meriyasının cavabından asılı olmayaraq blok qərarında israrlı olacaq.

Xəbər lenti

Xəbər lenti