...

Ukraynada Azərbaycanda cərəyan edən prosesləri çox gözəl başa düşürlər

Siyasət Materials 29 Noyabr 2005 14:33 (UTC +04:00)

Ukraynanın bir çox siyasi qüvvələri Azərbaycanda keçirilmiş parlament seçkilərini "normal" olaraq qiymətləndirir və səsvermədə baş vermiş bəzi mənfi faktların ləğv edilməsində Azərbaycan rəhbərliyinin iradəsini dəstəkləyir. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Ukraynadakı səfirliyinin I müşaviri Səbuhi Temirov Ukraynanın "Pora" siyasi hərəkatının ABŞ və Avropa Birliyi ölkələrinə Azərbaycanda keçirilmiş seçkilərin nəticələrini tanımamağa çağırışını, habelə Azərbaycanın həmin ölkədəki səfirliyinə etiraz əlaməti olaraq piket keçirmək niyyətini şərh edərkən bəyan edib.

Diplomatın sözlərinə görə, əgər kimsə Azərbaycanda keçirilmiş seçki prosesində buraxılan bəzi mənfi faktları şişirtmək istəyirsə, onda bu, onların subyektiv fikridir. "Ukraynada Azərbaycanda cərəyan edən siyasi prosesləri çox gözəl başa düşürlər və bunları müsbət qiymətləndirirlər" -deyə diplomat qeyd edib.

"Pora" siyasi hərəkatının Kiyevdə Azərbaycan səfirliyinin qarşısında piket keçirmək niyyətinə toxunaraq S.Temirov vurğulayıb ki, "bu, bir növ həmin təşkilatın biznesidir". "Gənclərdən ibarət 10-15 nəfər yığışır, bayraqları yelləndirir və dağılışır" -deyə Azərbaycan diplomatı qeyd edib.

Xəbər lenti

Xəbər lenti