...

Əfşar Suleymani: Mən palament seçkilərinin demokratik və ədalətli keçməsinin şahidiyəm

Siyasət Materials 29 Noyabr 2005 16:52 (UTC +04:00)
Əfşar Suleymani: Mən palament seçkilərinin demokratik və ədalətli keçməsinin şahidiyəm

Azərbaycan müxalifəti xalqın dəstəyini qazana bilmədi. Noyabrın 6-da keçirilən parlament seçkiləri seçicilərin iqtidar partiyasının kursunu dəstəklədiklərini və öz gələcəklərini özlərinin müyyən etməsini arzuladıqlarını bir daha sübut etdi. Trend in məlumatına görə, bu barədə noyabrın 29-da İranın Azərbaycandakı səfiri Əfşar Süleymani jurnalistlərlə söhbətində bəyan edib.

"Şəxsən mən seçkilərin demokratik və ədalətli keçirilməsinin şahidiyəm. Azərbaycan xalqı hakimiyyəti dəstəkləyir. Lakin müxalifət sıralarındakı müəyyən qüvvələr seçki prosesindən dividend əldə etməyə çalışırlar" -deyə İranın səfiri bildirib və hər hansı bir ölkədə seçki qanunvericiliyində müəyyən qanun pozuntuları baş verir. Lakin Azərbaycanda onların sayı seçkilərin yekunlarına təsir etməyib.

Diplomat İranın müşahidə missiyasının tərkibinə daxil olduğunu və respublikanın 80 seçki məntəqəsində səsvermə prosesinin monitorinqində iştirak etdiyini xatırladıb. "Azərbaycan hökuməti saxtakarlıqların qarşısının alınması üçün artıq müəyyən addımlar atıb", -deyə Ə. Suleymani bildirib və müxalifətin "həmişə narazı" olduğunu qeyd edib.

İran səfirinin sözlərinə görə, xaricdəki müəyyən qüvvələr öz standartlarını tətbiq etməyə çalışsalar da, "onlar hər bir ölkənin öz standartı olduğunu unudurlar".

Xəbər lenti

Xəbər lenti