...

Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının növbəti iclası keçiriləcək

Siyasət Materials 29 Noyabr 2005 16:54 (UTC +04:00)

Dekabrın üçüncü ongünlüyündə Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının növbəti iclası keçiriləcək. Bu barədə Trend ə qurumun rəhbəri, Nəsimi rayon Məhkəməsinin sədri Ələddin Cəfərov məlumat verib.

Ümumi Məhkəmə Hakimləri Assosiasiyası 2004-cü ildə hakimlərin öz təşəbbüsü ilə təsis edilib. Əgər həmin il ictimai qurum kimi fəaliyyətə başlayan Assosiasiyanın 20 üzvü var idisə, artıq bu rəqəm 70-ə çatıb. Hakimlərin Assosiasiyaya üzvlüyü də könüllüdür. Qurum üzvlərinin əsas işi hakimlərin fəaliyyətini tənzimləyən və təkmilləşdirən təkliflər hazırlamaqdan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim etməkdən ibarətdir.

Keçirilməsi planlaşdırılan növbəti iclasda da belə məzmunlu təkliflər müzakirə olunacaq və Ədliyyə Nazirliyinə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti