...

Mirmahmud Mirəlioğlu: "Oturaq aksiya əvvəlcədən hazırlanan təxribat idi"

Siyasət Materials 29 Noyabr 2005 16:55 (UTC +04:00)

"Müxalifətin noyabrın 26-da "Qələbə" meydanında keçirdiyi oturaq aksiyanı əvvəlcədən hazırlanan təxribat adlandırmaq olar". Bu barədə Trend ə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klasskilər) sədri Mirmahmud Mirəlioğlu bildirib.

M.Mirəlioğlu onu da bildirib ki, meydanda müxalifət liderləri arasında yananmış fikir ayrılığı qarşıdurma ilə nəticələndi: "Çıxışlar zamanı da bu aydın göründü. Biri dedi oturaq aksiyalar keçirilməlidir, o biri bunun əleyhinə çıxdı, digəri isə başqa bir fikir söylədi. Vahid qərar verilsəydi, bəlkə də belə hadisələr baş verməzdi".

"Klassiklər"in ldieri onu da bəyan edib ki, oturaq aksiya keçirmək hər bir vətəndaşın hüququdur: "Ancaq bunun nəticəsi olacağını düşünmək lazımdır. İnsanları bir saatlıq döydürmək və döymək doğru deyil".

Xəbər lenti

Xəbər lenti