...

Azərbaycanın xarici işlər naziri Seulda Azərbaycanla Cənubi Koreya arasında münasibətlərin perspektivlərini müzakirə edir

Siyasət Materials 29 Noyabr 2005 17:07 (UTC +04:00)

Noyabrın 29-da günün ikinci yarısı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində bu ölkənin rəhbərliyinin və hökumətinin yüksək rütbəli nümayəndələri ilə danışıqlara başlayıb. Bu barədə Trend ə Azərbaycanın XİN-nin mətbuat və informasiya idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Səfərdə əsas məqsəd Cənubi Koreya ilə əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Nazirin səfər proqramına xarici işlər və ticarət naziri Ki Mun Ban, Milli Assambleyanın (parlamentin) sədri Von Ki Kim, kommersiya, sənaye və energetika naziri Hi Beom Liinlə görüşlər daxildir. Azərbaycanın XİN rəhbərinin səfər proqramı çərçivəsində aralarında məşhür Samsunq şirkəti də olmaqla, bir sıra dünya şöhrətli şirkətlərə baş çəkmək də planlaşdırılıb.

Tağızadənin verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri həmçinin, "Koreya Tayms" qəzetinə də müsahibə verəcək.

Xəbər lenti

Xəbər lenti