...

Şahin Diniyev Azərbaycan yığmasının baş məşqçisi təyin edildi

Siyasət Materials 29 Noyabr 2005 17:21 (UTC +04:00)
Şahin Diniyev Azərbaycan yığmasının baş məşqçisi təyin edildi

Şahin Diniyev futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi təyi edildi. Belə bir qərar Assossiasiyanın İcraiyyə Komitəsinin növbədənkənar iclasında qəbul edilib. İcraiyyə Komitəsinin üzhvləri yekdilliklə "Gəncə"nin məşqçisinin namizədliyini dəstəkləyiblər.

Trend in verdiyi xəbərə görə, AFFA-nın prezidenti Ramiz Mirzəyev qeyd edib ki, təşkilat komandanı həm futbolçuların, həm də komandanın səviyyəsinin qaldırılması üçün yeri mütəxəssisə etibar etməyi qərara alıb. Assosiasiyanın prezidenti etiraf edib ki, İcraiyyə Komitəsi Azərbaycan klublarının demək olar ki, bütün məşqçilərinin işini təhlil edib və məhz Ş.Diniyev üzərində seçim edib. "Aydındır ki, bir ilə komanda yaratmaq mümkün deyil. Ona görə də biz məşqçiyə döyüş qabiliyyəti olan və mütəmadi olaraq özünü büruzə verə bilən komanda yaratmaq üçün vaxt veririk", - deyə M.Mirzəyev bildirib.

Xəbər lenti

Xəbər lenti